“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya aktının qəbul edilməsi təşəbbüsü ilə çıxış edib. Ötən gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində sözügedən məsələyə baxdıq, müzakirə apardıq. Komitənin işində İnsan hüquqları komitəsinin sədri və müavini də iştirak edirdi. Müzakirələrdən sonra amnistiya aktının qəbul edilməsi məsələsi plenar iclasa tövsiyə edildi və inşallah, noyabrın 5-də məsələyə plenar iclasda baxılacaq. Bu günə kimi 11 amnistiya aktı qəbul edilib və ümumilikdə 117 mindən çox məhkuma aid edilib. Eyni zamanda, 30 min məhkum cəzaçəkmə müəssisəsindən azad edilib”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib.

O bildirib ki, Zəfər günü ilə bağlı qəbul edilməsi nəzərdə tutulan Amnistiya aktının çox mühüm əhəmiyyəti var: “Aktın 15 min nəfərdən çox şəxsə aid edildiyini nəzərə alaraq deyə bilərik ki, böyük amnistiyadır. Bundan başqa, amnistiyanın tətbiq ediləcəyi məhkumların dairəsi, tətbiqindəki məhdudiyyətlər, hüquqi qüvvəyə minməsi, tətbiqi qaydaları müəyyən edilir. Amnistiya böyük ictimai təhlükə törətməyən cinayətlərə görə müəyyən müddət azadlıqdan məhrumetmə cəzası alan şəxslərə və ya azadlıqdan məhrumetmə cəzasının qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkənlərə tətbiq ediləcək. Eyni zamanda, hərbi xidmət üzrə məhdudlaşdırma cəzası alanlara, islah işi dövründə cəza təyin edilənlərə, vəzifə tutma, müəyyən fəaliyyətlə məşğul olma cəzası tətbiq edilənlərə, 2000 manatadək cərimə cəzası olanlara da amnistiya aktı tətbiq olunacaq. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, amnistiya aktı ağır və ya xüsusilə ağır cinayət törətmişlərə şamil edilmir”.
T.Kərimli bəzi şəxslərin “Həbsdə olan müxalifyönlülər kənarda qalacaq” iddiasına da münasibət bildirib: “Bu, doğru yanaşma deyil. Amnistiya aktı maddələr, müəyyən cəzalar üzrə müəyyən edilir, qruplaşdırma aparılır. Məsələn, amnistiya ilk dəfə ağır və ya az ağır cəzaya məhkum olunanlara da tətbiq edilə bilər. Amnistiya əfv fərmanı deyil ki, cəzadan azad edilənlər orada adbaad qeyd olunsun. Ona görə də burada hansısa ayrı-seçkilik olduğunu güman etmirəm. Kimliyindən asılı olmayaraq ağır cinayət törətmiş şəxslərin heç biri amnistiyaya düşməyəcək. Müxalifətdən kimin hansı maddə ilə cəza çəkdiyini dəqiq bilmirəm. Yəni, əfv fərmanı ilə amnistiya aktını qarışdırmaq olmaz. Misal üçün, 18 yaşadək olan şəxslər, yaşı 60-dan yuxarı olanlar, qadınlar, birinci və ikinci dərəcəli əlillər, öhdəsində yetkinlik yaşına çatmayan və ya əlill övladı olanlar və s. şəxslərin cəzasına ya xitam veriləcək, ya da müddəti azaldılacaq. Burada müxalifət və iqtidardan olanların kimin hansı maddə ilə tutulduğunu necə ayırd etmək olar?!”.
Nəzrin Cavid
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
Ən son xəbərləri səhifəmizdən də izləyin