BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputatdan Çingiz Abdullayevə cavab: “Birinci Qarabağ müharibəsinin olmasını inkar etmək mümkün deyil”

"Ola bilər ki, bizim görkəmli ədibimiz Çingiz Abdullayev "Birinci Qarabağ müharibəsi olmayıb" dedikdə başqa şey nəzərdə tutub. Lakin sözsüz ki, Birinci Qarabağ müharibəsi olub. Sadəcə olaraq, həmin vaxt Azərbaycanın nizami ordusu yox idi. Həmçinin hakimiyyətsizlik və hakimiyyətdə olanların səriştəsizliyi Azərbaycanın məğlub olmasına səbəb oldu".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev yazıçı Çingiz Abdullayevin "Birinci Qarabağ müharibəsi olmayıb" ifadəsinə münasibət bildirərkən deyib.

 

Parlament üzvü qeyd edib ki, həmin dövrdə bir sıra siyasi partiyaların vəzifə davası, hakimiyyətə gəlmək istəyi Azərbaycan torpaqlarının işğalı ilə nəticələnib: "Ədəbimiz, dünya şöhrətli yazıçımız Çingiz Abdullayevə dərin hörmətim var. Hesab edirəm ki, yazıçı bu ifadəni işlədərkən bu kimi faktorları və ya başqa nəyisə nəzərdə tutulmuş. Lakin təkrar edirəm, əlbəttə ki, müharibə baş verib. Bizim Birinci Qarabağ müharibəsində şəhidlərimiz, itkinlərimiz, hətta milli qəhrəmanlarımız var. Odur ki, Birinci Qarabağ müharibəsinin olmasını inkar etmək mümkün deyil".

 

Nəzrin Cavid

Tarix: 3 Noyabr 2021, 18:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin