BURADA REKLAMINIZ OLA
BİLƏR

ATƏT-in Minsk Qrupunun fransalı həmsədri dəyişdi

Fransanın ATƏT-in Minsk Qrupundakı təmsilçisi dəyişib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Fransa hökumətinin saytında məlumat verilib.

 

Bildirilib ki, Stefan Viskontinin yerinə bu vəzifəyə Bris Rokfeyl təyin edilib.

 

Qeyd edək ki, S. Viskonti 2016-ci ilin oktyabrından etibarən adıçəkilən vəzifədə çalışıb.

 

Xatırladaq ki, yeni təyinata qədər B. Rokfeyl Fransanın Panama və Özbəkistanda səfiri, Rio de Janeyroda Baş konsul olub. 2000-ci illərdə Fransanın Rusiya və Türkiyədəki səfirliklərində siyasi məsləhətçi olub.

Tarix: 4 Noyabr 2021, 12:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin