BURADA REKLAMINIZ OLA
BİLƏR

XİN: Azərbaycan müharibədən sonra Ermənistana qarşı birtərəfli qaydada çox müsbət addımlar atıb

“Bu gün çoxu bu barədə danışmağı xoşlamır. Amma bu gün fakt ondan ibarətdir ki, Azərbaycan müharibədən çox qısa vaxt keçməsinə baxmayaraq, birtərəfli qaydada çox müsbət addımlar atıb”.

 

Pravda.az-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.

 

Nazir bildirib ki, yüklərin Azərbaycan ərazisindən keçməsinə icazə verilməsi, 2020-ci ilin qış aylarında Azərbaycanın qaz nəqli sistemi ilə Rusiyadan qazın Ermənistana verilməsinə imkan yaradılması, Azərbaycan ərazisindən keçən avtomobil yolunun Ermənistan nəqliyyat vasitələri tərəfindən istifadə edilməsi – bütün bunlar Azərbaycan tərəfindən atılan müsbət addımlardır: “Bu, münaqişənin keçmişdə qalmasının və gələcəyə baxışın bir nümunəsidir. Bu gün Bakı Qlobal Forumunun açılışında da Prezidentin qeyd etdiyi, kimi biz hələ ki, bu addımların qarşılığını görmürük. Ancaq düşünürük ki, Ermənistan tərəfi nə qədər tez başa düşərsə, ilk olaraq onun özü üçün yaxşı bir seçim olar”.

Tarix: 4 Noyabr 2021, 16:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin