BURADA REKLAMINIZ OLA
BİLƏR

Sekuta: “Qlobal Bakı Forumu vaksinasiya problemlərinin həllinə kömək edəcək”

 

Qlobal Bakı Forumu qeyri-bərabər vaksinasiya probleminin həlli yollarının tapılmasına kömək edəcək.

 

Bunu “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumunun iştirakçısı olan ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta deyib.

 

O bildirib ki, forumda sabiq prezidentlər və baş nazirlər, nüfuzlu diplomatlar, müxtəlif sahələr üzrə ekspertlər bir araya gələrək üzləşdiyimiz başlıca problemləri müzakirə edirlər. “Biz COVID-19-dan sonrakı dünya haqqında danışırıq. Bizim səhiyyə ilə bağlı problemlərimiz var, iqtisadiyyatda, neft və qazın tədarükündə bəzi qüsurlar mövcuddur. ABŞ-da vaksin kifayət qədərdir, amma Afrikada yalnız üç faiz əhali tam peyvəndlənib. Bunlar həll edilməli olan ciddi problemlərdir və bu platforma bu məsələdə həll yollarını tapmaqda kömək edəcək”, - deyə sabiq səfir qeyd edib.

Tarix: 4 Noyabr 2021, 16:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin