BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qlobal Bakı Forumunun keçirilməsi olduqca əhəmiyyətli hadisədir” - RƏY

“Qlobal Bakı Forumunun keçirilməsi olduqca əhəmiyyətli hadisədir. Forum Nizami Gəncəvi Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir. Yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə belə bir qlobal formun keçirilməsi təqdirəlayiqdir. Forumda müxtəlif istiqamətli qlobal problemlər müzakirə edilir və həmin problemlərin yaratdığı sosial nəticələrdən bəhs olunur, həll yolları ilə bağlı fikir mübadiləsi aparılır”.

 

Bunu Pravda.az-a açıqlamasında politoloq Qabil Hüseynli bu gün keçirilən VIII Qlobal Bakı Forumunun əhəmiyyəti barədə danışarkən deyib.

 

Onun sözlərinə görə, forumda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq iqlim dəyişikliyi və bu kimi bir sıra qlobal problemlərə toxunub, onların sosial nəticələri barədə məlumat verib: “COVID-19-la birgə mübarizədən bəhs edən Prezident İlham Əliyev, daha sonra Azərbaycanın daxili problemlərindən söz açıb. Qeyd edib ki, Azərbaycan ordusu 44 günlük haqq savaşında şərəflə döyüşüb və Zəfər çalıb. Həmçinin, Vətən müharibəsində bir sıra beynəlxalq təşkilatlar və xarici dövlətlərin rolundan bəhs edən Ali Baş Komandan Azərbaycanın Ermənistana layiqli cavab verərək məğlub etdiyini vurğulayıb. Bir sözlə, xeyli dövlət xadimi və siyasətçilərin iştirakı ilə keçirilən forumun əhəmiyyəti böyükdür. Qlobal Forumda müzakirə edilən mövzulardan əldə edilən nəticələr qlobal problemlərin həlli istiqamətində atılan mühüm addımdır”.

 

Qeyd: Noyabrın 4-də VIII Qlobal Bakı Forumunun açılış mərasimi keçirilib. Forum 4-6 noyabr tarixlərini əhatə edəcək.

Tarix: 4 Noyabr 2021, 16:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin