BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda zibilliyə döl atan qadın tapıldı

Ağsu rayonunda zibilliyə atılan döl tapılıb.

Pravda.az-ın xəbərinə görə, noyabrın 3-də Ağsu şəhərində məişət tullantılarının atıldığı ərazidə dölün olması barədə Ağsu rayon Polis Şöbəsinə məlumat daxil olub. Daxil olmuş məlumatla əlaqədar həmin əraziyə baxış keçirilib və döl götürülərək müvafiq ekspertizaya təqdim edilib.

Bundan sonra Ağsu rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağsu rayon sakini olan bir qadının öz dölünü zibilliyə atdığı müəyyən edilib.

Qadın saxlanılaraq Ağsu rayon Polis Şöbəsinə gətirilib, izahatı alınıb. Hazırda faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır.

APA

Tarix: 4 Noyabr 2021, 17:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin