BURADA REKLAMINIZ OLA
BİLƏR

"Danışmayın, Çingiz Abdullayev!"

Xalq yazıçısı Çingiz Abdullayevin “Birinci Qarabağ müharibəsi olmayıb, yalandır” qalmaqallı açıqlamasından sonra “Qəhrəmanlarımız olub, amma ordusuz, silahsız, hakimiyyətsiz vuruşublar” fikri də  sosial şəbəkə də birmənalı qarşılanmayıb. Bu məsələyə dair yeganə demək istədiyim odur ki, Çingiz Abdullayev danışmasa yaxşıdır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Qubad İbadoğlu bildirib.

 

“Danışmayın, Çingiz Abdullayev, susun! Necə ki, 27 il vicdanınız susub, ədalətsizliyə və haqsızlığa qarşı mövqe qoymamısınız, indi də susun, siz danışanda bütün eyibləriniz  görsənir, çox cılızlaşırsınız” – Q.İbadoğlu qeyd edib.

Tarix: 4 Noyabr 2021, 17:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin