BURADA REKLAMINIZ OLA
BİLƏR

Taleh Yüzbəyovdan ŞOK AÇIQLAMA

“Seçkilər haqqında heç nə danışmırdım. Heç bir zarafat eləmirdim. Nəticəni gözləyirdim. İnanırdım ki, bu nəsə yeni bir cəhddir. Bu dəyişiklikdir. Amma heyif. Çox heyif...”.

 

Pravda.az-ın xəbərinə görə, bunu video-bloqer Taleh Yüzbəyov deyib.

 

“Açığı yazığım gəlir. Ümidlənib namizədliyini irəli sürən gənclərə, onları müdafiə edənlərə, saxtakarlığa alət olan müəllimlərə, kənd insanına, paytaxt sakininə. Alət olmağa razı və ya məcbur olduqlarına görə. Belə müti olduqlarına görə. Hamımıza yazığım gəlir. Sabah həmin müəllimlər bizim övladlarımıza dərs deyəcək, o ağsaqqal və ağbirçəklər bizə öyüd-nəsihət verəcək, həmin deputatlar bizim taleyimizi həll edəcək. Birinci dəyişiklik beyinlərdə olmalıdır. Ola bilər, nələrsə nə vaxtsa dəyişsin, seçki forması da, seçkiyə münasibət də, ola bilər, indi seçilməyən gənc namizədlər nə vaxtsa, deputat oldular, amma dünən alət olan insanlar dəyişəcəkmi?!

Tarix: 10 Fevral 2020, 20:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin