BURADA REKLAMINIZ OLA
BİLƏR

İsa Qəmbərlə Etibar Məmmədovun münasibətləri niyə pozulub?

“Etibar Məmmədovla heç vaxt dost olmamışıq. Universitetin tarix fakultəsində oxumuşuq. Etibar Məmmədov məndən 1 kurs yuxarı, Pənah Hüseyn isə 1 kurs aşağı oxuyurdu. İkinci kursda oxuyanda Azərbaycan Tarixi Dərnəyinə qoşuldum. Pənahla da, Etibarla da orada tanış olmuşam”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər bildirib.

 

“Etibar Məmmədovla hərəkat dövründə kifayət qədər yaxın olmuşuq. Sonradan mövqelərdə fərqlər atdığına görə... Aramızda seçki qarşıdurması da olub. Normal hesab edirəm. Etibar Məmmədovla birgə olmağımızın yeganə yolu o ola bilərdi ki, hadisələrə, proseslərə baxışlarımız yaxın olsun, amma təəssüflər olsun, belə olmayıb” – İ.Qəmbər bildirib.

 

Kənan

Tarix: 5 Noyabr 2021, 07:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin