BURADA REKLAMINIZ OLA
BİLƏR

“Beynəlxalq aləm sülhün dayanıqlı xarakter alması üçün Ermənistana təzyiq göstərməlidirlər” – İlqar Vəlizadə

"Təəssüflər olsun ki, Ermənistanın siyasi rəhbərliyi ötən il ərzində gedən proseslərdən lazımlı nəticə çıxarmayıb və sülhə çağırışla bağlı heç bir adekvat reaksiya verməyib. Ermənistanın baş naziri Nikol Paşinyan müxtəlif təzadlı fikirlər səsləndirir. Gah kommunikasiyaların açılmasına, gah da Azərbaycanla delimitasiya və demarkasiya proseslərinə hazır olduqlarını deyirlər. İstənilən halda isə Ermənistan tərəfindən heç bir konkret iş görülmür".

 

Bunu Pravda.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

 

O bildirib ki, faktiki olaraq Azərbaycan tərəfində əməli işlər görülməkdədir: "Prezident İlham Əliyev dəfələrlə Qarabağ bölgəsinə səfər edərək müxtəlif yolların salınması, kommunikasiyaların açılması ilə bağlı tədbirlərdə iştirak edib. Eyni zamanda, Füzuli Beynəlxalq Hava Limanı artıq istismara verilib. Lakin Ermənistan tərəfindən Zəngəzur dəhlizi ərazisində real işlər görülmür. Azərbaycan dövləti delimitasiya və demarkasiya ilə bağlı real işlər görsə də, davamlı olaraq Ermənistan tərəfinin maneələri ilə rastlaşır. Yəni, qarşı tərəf təkcə real işlər görməməklə qalmır, üstəlik bir sıra əngəllər də yaradır. Bu da, əlbəttə ki, gərginliyə səbəb olur. Belə olan halda, beynəlxalq aləmin aparıcı oyunçuları sülhün dayanıqlı xarakter alması üçün Ermənistana təzyiq göstərməlidirlər. Əks təqdirdə, təhlükələr və müxtəlif xarakterli təhdidlər qaçılmazdır. Hər halda Azərbaycan tərəfi bunu istəmədiyini təkcə sözdə deyil, əməldə də göstərir. Hər halda bu, beynəlxalq aləmdə müəyyən reaksiya doğuracaq və Ermənistana təzyiqlər göstəriləcək ki, onlar real proseslərə başlasınlar".

 

Nəzrin Cavid

Tarix: 5 Noyabr 2021, 12:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin