BURADA REKLAMINIZ OLA
BİLƏR

Petre Roman: "Biz həlledici qüvvələri meydana çıxarmalıyıq və texnologiyaların dayanıqlı olması mühüm şərtdir"

Qlobal iqtisadiyyat çox mürəkkəb sistemdir. Bu sistem həm daxildə, həm xaricdə olan problemləri meydana çıxarır. Böhran vəziyyətində bu, özünü daha qabarıq göstərir. Biz həlledici qüvvələri meydana çıxarmalıyıq. Texnologiyaların davamlı və dayanıqlı olması mühüm şərtdir. Yəni, onların mümkün ola biləcək böhranlara davam gətirə bilməsi öyrənilməlidir.


Pravda.az xəbər verir ki, bu fikirləri Rumıniyanın sabiq Baş naziri Petre Roman noyabrın 4-də VIII Qlobal Bakı Forumu çərçivəsində “Yeni dünya iqtisadiyyatı” mövzusunda keçirilən panel müzakirələri zamanı deyib.


Yer kürəsinin təhlükəli məkana çevriləcəyindən narahatlığını ifadə edən Petre Roman diqqətə çatdırıb ki, enerji bazarının təkrar layihələndirilməsinə fikir verilməlidir. Mürəkkəb münasibətləri araşdırmaq mütləqdir. Bazarda olan qiymətlər bazar hədəflərinə uyğun gəlmədikdə problemlərin yaranması qaçılmazdır.

Tarix: 5 Noyabr 2021, 14:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin