BURADA REKLAMINIZ OLA
BİLƏR

Milli Məclisə ayrılan vəsait məlum oldu

Gələn ilin dövlət büdcəsindən Milli Məclisə 42 milyon 6 min 822 manat vəsait ayrılıb.

 

Pravda.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi zərfi”nə daxil olan “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin xərclərinin funksional, iqtisadi və inzibati təsnifatlarının paraqrafları səviyyəsində layihəsi”ndə əksini tapıb.

 

Layihəyə əsasən, bu vəsaitin 34 milyon 611 min 006 manatı əməyin ödənişinə, 6 milyon 267 min 316 manatı malların (işlərin və xidmətin) satınalınmasına, o cümlədən, 1 milyon 050 min 000 manatı ezamiyyə xərclərinə, 90 min 167 manatı bank və plastik xərclərinə və s. ayrılıb.

Tarix: 5 Noyabr 2021, 16:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin