BURADA REKLAMINIZ OLA
BİLƏR

“10 noyabr bəyanatı ilə Qarabağ münaqişəsinə son qoyuldu və yeni reallıqlar yarandı” - RƏY

“2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatının siyasi əhəmiyyəti böyükdür. Ötən ilin sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan tərəfi mütləq üstünlük əldə etmişdi, lakin istənilən halda, həm Azərbaycan, həm də Ermənistan itki verirdi. Bəyanatın elə ən vacib siyasi əhəmiyyətindən biri də digər üç rayonumuzu müharibədən sonra, şəhid vermədən işğaldan azad edə bilməyimiz idi. Bəyanatda, həmçinin Zəngəzur dəhlizinin açılması və erməni silahlı qüvvələrinin tör-töküntülərinin Qarabağdan çıxarılması məsələsi öz əksini tapıb”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

 

 

Parlament üzvü bildirib ki, 10 noyabr üçtərəfli bəyanatı Ermənistanın kapitulyasiyası demək idi: “Bəyanat nəticəsində Qarabağ münaqişəsinə son qoyuldu və yeni reallıqlar yarandı. Ali Baş Komandan, Prezident İlham Əliyevin düzgün qurduğu siyasət nəticəsində çıxılmaz vəziyyətdə qalan Ermənistan işğal etdiyi torpaqlarımızdan çıxmağa məcbur qaldı. Nəhayət, Azərbaycan həm hərbi meydanda, həm də siyasi müstəvidə öz istəyinə çatdı. Artıq bir ilə yaxındır ki danışıqlar prosesi davam edir və yekun Sülh müqaviləsinin imzalanmasına doğru gedirik. Ötən dövr ərzində Azərbaycan ərazilərinin minalardan təmizlənməsi və infrastruktur layihələrinin icrası üçün vacib addımlar atıb, yenidənqurma və bərpa işlərini həyata keçirib”.

 

Nəzrin Cavid

Tarix: 5 Noyabr 2021, 17:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin