BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakı Forumunda dünya problemlərinin həllinə gənclərin töhfəsi müzakirə olundu

VIII Bakı Qlobal Forumu çərçivəsində sayca yeddinci olan “Gənclər danışır biz dinləyirik” adlı panel keçirilib.

 

Pravda.az xəbər verir ki, paneldə dünya miqyaslı problemlərə, o cümlədən koronavirus pandemiyasına qarşı mübarizədə gənclərin rolu müzakirə olunub.

 

Moldovanın Qaqauz Muxtariyyətinin rəhbəri İrina Vlax əhalinin sosial və iqtisadi həyatında pandemiyanın fəsadlarını dilə gətirərək hazırda tullantıların idarəçiliyi, peyvəndləmə, ətraf mühitin mühafizəsi, gənclərin tərbiyəsi kimi sahələrə vəsait yatırmağın daha çox əhəmiyyət daşıdığını bildirib.

 

“Biz yalnız müştərək hədəflər üzərinə bir yerdə getdiyimiz zaman güclü oluruq” – deyə o, vurğulayıb.

Tarix: 5 Noyabr 2021, 19:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin