BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ səfirliyi Dövlət katibinin köməkçisinin müavininin Azərbaycana səfəri ilə bağlı məlumat yaydı

ABŞ səfirliyi ABŞ Dövlət katibinin köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olsonun Azərbaycana səfəri ilə bağlı məlumat yayıb.

 

Pravda.az-ın xəbərinə görə, məlumatda deyilir ki, ABŞ-ın Bakıdakı Səfirliyi Avropa və Avrasiya Məsələləri Bürosunda Dövlət katibinin müavin köməkçisi Erika Olsonu Bakıda salamlamaqdan məmnundur. Xanım Olson Bakıda olarkən Azərbaycan hökuməti və vətəndaş cəmiyyətinin nümayəndələri, səfir Litzenberger və səfirliyin əməkdaşları ilə görüşəcək, həmçinin Bakı şəhəri ilə bir az tanış olmaq şansı əldə edəcək.

Tarix: 6 Noyabr 2021, 00:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin