BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ermənistan qonşu ölkələrə qarşı ərazi iddialarına son qoymalıdır” - Hikmət Hacıyev

 

 

"Ermənistan strategiyasını dəyişməlidir. Azərbaycanın əzəli torpaqlarını azad etməsi Cənubi Qafqazda vəziyyəti dəyişib".

 

Pravda.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" mövzusunda paneldə bildirib.

 

O vurğulayıb ki, işğal Ermənistanın müstəqilliyinə xələl gətirib: "Ermənistanın iqtisadi potensialı qonşu ölkələrdən asılıdır. Ermənistan qonşu ölkələrə qarşı ərazi iddialarına son qoysa, bu, Ermənistana fayda verəcək. Ermənistan qonşu ölkələrə qarşı ərazi iddialarına son qoymalıdır".

Tarix: 6 Noyabr 2021, 10:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin