BURADA REKLAMINIZ OLA
BİLƏR

Baş nazirdən yeni qərar

Nazirlər kabineti “İxrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 22 aprel 1998-ci il tarixli qərarına dəyişiklik edib.

 

Pravda.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Qərara əsasən, işğaldan azad edilmiş ərazilərin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalar və müharibənin partlayıcı qalıqlarından təmizlənməsi üçün idxal edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahısı təsdiq edilib.

 

Həmin malların istifadəsini Nazirlər Kabinetinin Aparatı təsdiq edəcək.

 

Bu qərar 15 oktyabr 2021-ci il tarixindən tətbiq edilir və 5 il müddətində qüvvədədir.

Fotoları təqdim edirik
Tarix: 6 Noyabr 2021, 11:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin