BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycan Zəfərə kölgə salmağa heç kimə imkan verməyəcək” - RƏY

“Zəfər günü Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb. Məhz bu gündə xalqımız özünü qəhrəman və qalib xalq olduğunu təsdiq edib”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib.

 

 

A.Şakiroğlu qeyd edib ki, Azərbaycan qədim dövlətçilik tarixinə malik olsa da, həmişə öz torpaqlarını itirə-itirə 86.6 min kvadrat kilometr əraziyə malik bir dövlət miras qalıb: “1990-cı illərin əvvəlində Azərbaycan hakimiyyətində təmsil olunanların naşılığından istifadə edərək ermənilər öz havadarlarına arxalanaraq bu ərazilərin də 20%-ni işğal etmişdi. Amma ordumuzun şücaəti və Prezident İlham Əliyevin düşünülmüş xarici siyasəti, sərkərdəlik və zamanında qərar verə bilmək bacarığı sayəsində erməni işğalı altında olan ərazilərimizi bir il əvvəl 44 günlük Vətən müharibəsidə azad edərək ərazi bütövlüyümüzü təmin edə bildik. İmza atdığımız bu zəfər sayəsində Azərbaycanın ərazisi  bütövləşdi və qalib xalq olaraq regionda yeni reallıq yaratdıq. Zəfəri döyüş meydanında əldə etsək də, siyasi meydanda mübarizə hələ də davam etməkdədir. Təbii ki, bu mübarizənin əsas qəhrəmanı şanlı Milli Ordumuz, Həmrəy Xalqımız və müzəffər Ali Baş Komandanımızdır. Prezident səngərdə uğurlu döyüş komandanlığını təmin etdiyi kimi, xarici mediaya verdiyi müsahibələrində də informasiya məkanında üstüntünlük əldə etməyimizə imkan verdi”.

 

Partiya sədri hesab edir ki, siyasi meydanda görüləcək işlərimiz hələ çoxdur: “Ən əsas məsələ Zəngəzur dəhlizinin açılması və Xankəndi daxil olmaqla nəzarətimizdə müəyyən səbəblərdən hələlik olmayan bölgələrimizi terrorçuların tör-töküntülərindən təmizləməkdir. Deyə bilərik ki, biz, Zəngəzur dəhlizinin açılmasına və Xankəndimizin tamlıqla nəzarətimizə keçməsinə yaxınlaşmışıq və yaxın zamanlarda bunun da şahidi olacağıq. Amma təəssüflər olsun ki, qanı bahasına əldə etdiyimiz Böyük qələbəyə kölgə salmaq istəyənlər qanı-qanımızdan olan amma bu xalqa, bu millətə düşmən kəsilmiş eybəcər insanlarımız da var. Ona görə təssüf edirəm ki, ermənilər Azərbaycanın qələbəsini qəbul etdiyi halda, ölkə daxilində bəzi şəxslər antimilli mövqedə dayanaraq qələbənin tam olmadığı haqqında fikirləri yaymaqla məşğuldurlar. Bunlar üçün ölkənin gələcəyi, xalqın zəfəri yox, ölkədə qeyri-sabitliyin olması və dövlətin zəifləməsi maraqlıdır. Çünki bu parazitlər hesab edirlər ki, tutduqları yolla hakimiyyətin fəaliyyətini ləkələyə biləcəklər və fikir vermisinizsə, hər bir parazitin sözün sonunda "Hakimiyyət dəyişilməlidir" ifadəsini işlədir. Amma dərk etmirlər ki, hakimiyyətlər onsuz da gəldi gedərdi. Bir gün mövcud hakimiyyət də olmayacaq. Bizə qalan qalib Azərbaycan dövləti olacaq. Bu parazitlər də öz aləmlərində “hakimiyyəti hədəf” göstərmək istəsələr də hədəfə dövlətimizi gətirmiş olurlar… Bunlar belə fikirlər yaymaqla özlərini gülünc vəziyyətə salırlar. Ona görə ki, xalqımız şəhid verərək qanı bahasına 2020-ci ilin 8 noyabrında bu zəfəri əldə edib. Bu zəfərə bir dövlət olaraq seçdiyimiz düzgün yolun sayəsində 44 gündə nail olmuşuq. Qalan məsələlər də heç şübhəsiz ki, iqtidarlı-müxalifətli həmrəyliyimizlə siyasi meydanda tezliklə öz həllini tapacaqdır. Azərbaycan xalqının dəmir yumruğa çevrilməsi nail olduğumuz Zəfərə kölgə salmağına heç kimə imkan verməyəcək. Dəmir yumruq yerindədir və lazım olan yerdə lazım olan vaxt yenə özünü göstərəcək!”

Tarix: 6 Noyabr 2021, 12:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin