BURADA REKLAMINIZ OLA
BİLƏR

“Beynəlxalq tədbirlərə Bakının ev sahibliyi etməsi olduqca mühüm əhəmiyyət kəsb edir, ölkənin nüfuzunu artırır” - RƏY

Dünyanın bir sıra ölkələrindən nüfuzlu sabiq prezident və baş nazirlərin, dövlət xadimlərinin iştirakı ilə keçirilən belə qlobal forumlara Bakının ev sahibliyi etməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Bu, Azərbaycanın dünyadakı nüfuzunu artırır və ümumiyyətlə, bir dövlət kimi dünya siyasətindəki rolunu daha qabarıq göstərir. VIII Bakı Qlobal Forumu bir daha sübut edir ki, Azərbaycan nəinki regionda, hətta beynəlxalq münasibətlər sistemində belə aparıcı rola malik oyunçulardandır.

 

Bunu Pravda.az-a açıqlamasında politoloq, sabiq diplomat Fikrət Sadıqov deyib.

 

 

O bildirib ki, Forum “COVID-19 pandemiyasından sonrakı dünya” mövzusuna həsr edilib, lakin bu,  Azərbaycanın yeni növ koronavirus pandemiyası ilə mübarizəyə həsr edilmiş ilk tədbiri deyil: “Azərbaycan BMT-nin məsələ ilə bağlı çağırışlarını ötən iki ildə hər zaman nəzərə alıb və dünya ölkələrini birgə mübarizəyə səsləyib. Beynəlxalq səviyyədə müzakirələr aparılıb, hətta Azərbaycan dövlətinin təşəbbüsü ilə BMT-nin xüsusi sessiyası keçirilib.

 

Politoloq, həmçinin qeyd edib ki, forumda Ermənistana sülh çağırışları edilib: “Azərbaycan Prezidenti İlham Əliyev də Ermənistana çağırış etdi. Dövlət başçısı qeyd etdi ki, ölkəmiz ötən ilin sentyabrın 27-də başlayan Vətən müharibəsində BMT-nin 1993-cü il qətnamələrini təkbaşına həll edib. Çünki ötən müddət ərzində aparıcı dövlətlər daim biganə münasibət sərgiləyib. İndi isə postmünaqişə dövründə biz Qarabağda quruculuq işləri həyata keçirir. Eyni zamanda, biz Ermənistanla sülh sazişinin imzalanması, delimitasiya və demarkasiya məsələsinin həlli üçün hazırlıq işləri görürük. Azərbaycanın təşəbbüslərinə baxmayaraq, Ermənistan adekvat cavab vermir. Azərbaycan regionda sülhün və təhlükəsizliyin bərpasına hazırdır”.

 

Nəzrin Cavid

Tarix: 6 Noyabr 2021, 12:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin