BURADA REKLAMINIZ OLA
BİLƏR

“8 noyabr Azərbaycan tarixinə Şuşanın azadlığı, Azərbaycan ordusunun zəfəri günü kimi düşüb” - RƏY

"Zəfər Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Həmin gün, ötən otuz ildə həsrətini çəkdiyimiz torpaqlarımızın işğaldan azad olunduğu tarixi gündür. Zəfər Günü bütün azərbaycanlılar və azərbaycanlıların sevincinə şərik olan hər kəs üçün qürurvericidir. Bu gün Azərbaycan xalqının məmnunluq və sevinc günüdür".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

 

 

Parlament üzvü bildirib ki, Zəfər Günündən Azərbaycan düşmən üzərində qələbəsini elan edib: "Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur olub. Zəfərdən sonra imzalanan üçtərəfli bəyanat olduqca böyük əhəmiyyətə malikdir. Ermənistanın ucbatından razılaşmanın bəzi müddəaları icra olunmasa da, bu sənəd Azərbaycanın maraqlarına xidmət edir. Yaxın günlərdə üç dövlət başçısının yenidən görüşü və bəyanatı gözlənilir. Ümumilikdə yaşadığımız bu günlər Azərbaycan üçün çox əhəmiyyət kəsb edir və qələbəni qeyd etmək qürurvericidir. 8 Noyabr Azərbaycan tarixinə Şuşanın azadlığı, Azərbaycan ordusunun zəfəri günü kimi düşüb. Dünya azərbaycanlılarını Zəfər münasibətilə təbrik edirəm".

 

Nəzrin Cavid

Tarix: 6 Noyabr 2021, 14:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin