BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakı-Sumqayıt sürət qatarını daşa basanlar tutuldu

Bakı-Sumqayıt elektrik sürət sərnişin qatarı daş atan şəxslər saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinə noyabrın 4-də saat 19 radələrində Bakı-Sumqayıt elektrik sürət sərnişin qatarı Novxanı-Goradil dayanacaqları arasında hərəkətdə olarkən kənardan daş atılması nəticəsində qatarın sonuncu vaqonunun yan şüşəsinin sındırılması barədə məlumat daxil olub.

 

Polis əməkdaşlarının keçkirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri olan 3 yeniyetmə müəyyən edilərək saxlanılıb.

Tarix: 6 Noyabr 2021, 14:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin