BURADA REKLAMINIZ OLA
BİLƏR

Ceyhun Bayramov iranlı həmkarı ilə telefonla danışdı

Xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla telefonla danışıb.

Pravda.az xəbər verir ki, bu barədə C.Bayramov Tvitter hesabında paylaşım edib.

“Hörmətli məsləkdaşımla telefonla danışdıq. Ona möhkəm cansağlığı və COVID-19-dan tezliklə sağalmağı arzuladım.

Qarşılıqlı əməkdaşlığın daha da inkişafı, bölgədə sülh və firavanlığa töhfə vermək öhdəliyimizi bir daha bəyan etdik”, - deyə xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.

Tarix: 6 Noyabr 2021, 16:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin