BURADA REKLAMINIZ OLA
BİLƏR

“Tanrıya “çerez” Ərəbistan inanmağa gərək duymuram” - Aysel Əlizadə

“Özümü ateist olacaq qədər güclü saymıram, nə yalan deyim. Ateistlərə həsəd aparıram. Tək olmurlarmı, çarəsiz qalmırlarmı, kimdən umurlar, kimə ümid edirlər? Yalnız özlərinəmi? Yox, bu qədər güclü deyiləm. Tanrının varlığına inanıram”.

 

Pravda.az-ın xəbərinə görə, bunu yazıçı Aysel Əlizadə bildirib.

 

“Bütün yaradıcılığımda tanrı var. Oxuyanlar bilir. Dalaşdığımız vaxtlar da olub. Olub. Demişəm, əgər bir işə yaramayacaqdısa, mutlu etməyəcəkdisə bunca üstünlüyü niyə verirdin? Verdiklərinin fərqindəyəm… “Sağ ol” da deyirəm. Sonra barışırıq. Hiss edirəm ki, bir-birimizə lazımıq. Amması var… Ona “çerez” Ərəbistan inanmağa gərək duymuram. Fikirləşirəm ki, Ərəbistanın əli yağlı olsa öz başına çəkərdi. Ona “çerez” həyat inanıram. Bəlkə də başqa əlac yoxdur” – A.Əlizadə qeyd edib.

Tarix: 6 Noyabr 2021, 22:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin