BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda mağazada qətl törədən şəxs tutuldu

Bakıda qətl törədən şəxs saxlanılıb.

 

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, BŞBPİ-nin Cinayət-Axtarış İdarəsi, Xətai Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 36-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 8-də gecə saatlarında, Xətai rayonu Zığ yolunda yerləşən marketlərin birində törədilən qətlin üstü açılıb.

 

Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Əliyev Bəxtiyar Yusif oğlunu kürək nahiyəsindən bıçaqlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü İsmayıl Ağəsənov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Tarix: 11 Fevral 2020, 09:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin