BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabirabad sakinini elektrik enerjisi vuraraq öldürdü

Sabirabad sakini bədbəxt hadisə nəticəsində ölüb.


Pravda.az-ın məlumatına görə, hadisə Salyan rayonu ərazisində qeydə alınıb.

Sabirabad rayonunun Bala Həşimxanlı kənd sakini, 1961-ci il təvəllüdlü Məstəliyev Sakit Ramiz oğlunu yüksək gərginlikli elektrik enerjisi vurub.

Nəticədə ağır xəsarətlər alaraq komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən 60 yaşlı kişi bir neçə saatdan sonra ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

APA

Tarix: 7 Noyabr 2021, 01:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin