BURADA REKLAMINIZ OLA
BİLƏR

Zəminə Dünyamalıyevanın Əli İnsanovun rəhbərlik etdiyi partiyadan istefa verməsinin səbəbi açıqlandı

Sabiq deputat Zəminə Dünyamalıyeva Haqq Ədalət Partiyasının (HƏP) sədr müavini vəzifəsindən istefa verib.

 

Pravda.az-ın xəbərinə görə, buna səbəb partiyadaxili narazılıqdır.

 

Bildirilir ki, Z.Dünyamalıyeva partiya sədrinin digər müavini sabiq səfir İsfəndiyar Vahabzadə ilə çəkişmədə olub. Bu, xanım sədr müavininin istefası ilə nəticələnib.

 

İddialarla bağlı Z.Dünyamalıyeva ilə əlaqə saxlasaq da, zənglərə cavab verməyib.

 

HƏP-in bir neçə gün əvvəl yaydığı açıqlamada isə qeyd olunub ki, Z.Dünyamalıyevanın sədrin müavini postundan və İdarə Heyətindən azad edilməsi təklifi rəhbərlik tərəfindən müsbət qarşılanıb.

 

“HƏP-in sədr müavini Zəminə Dünyamalıyeva son 5 ay ərzində Partiyanın heç bir tədbirinə qatıla bilməyib. Bunun səbəbi kimi bir müddət səhhətində yaranan problemlər və sonra da ailə işləri ilə məşğul olduğuna görə partiyada görəcəyi işləri icra edə bilməməsi olub. Son dəfə ilin sonuna qədər xaricdə olacağını söyləyib. Zəminə Dünyamalıyevanın partiya işləri ilə məşğul olmaq imkanlarının olmaldığını nəzə alaraq sədr müavini, İdarə Heyəti üzvü vəzifələrindən azad olunması və partiya sıralarından xaric edilməsi səs çoxluğu ilə qəbul olunub” – məlumatda qeyd olunub.

 

Qeyd: Partiyanın sədri sabiq səhiyyə naziri Əli İnsanovdur.

 

Kənan

Tarix: 7 Noyabr 2021, 10:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin