BURADA REKLAMINIZ OLA
BİLƏR

"Sədərək”də kafel oğurlandı

Bakıda ticarət mərkəzlərində oğurluq edilib.

 

Pravda.az-ın xəbərinə görə, hadisə fevralın 7-də, günorta saatlarında, paytaxtın Qaradağ rayon ərazisində qeydə alınıb.

 

Belə ki, naməlum şəxs Sədərək Ticarət Mərkəzində yerləşən Bakı şəhər sakini, T.Muradova məxsus mağazanın qarşısından 420 manat dəyərində kafel oğurlanıb.

 

Bundan başqa, naməlum şəxs fevralın 8-də 1973-cü il təvəllüdlü C.İsayevə məxsus ticarət mərkəzlərinin birində yerləşən mağazasının anbarından 1250 manat dəyərində kafel oğurlayıb.

 

Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini, 1973-cü il təvəllüdlü Ağamir Həsənov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.Report

Tarix: 11 Fevral 2020, 10:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin