BURADA REKLAMINIZ OLA
BİLƏR

"Qarabağ" qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında Zəfər turunun son oyunu keçirilib.

 

Pravda.az-ın məlumatına görə, "Kapital Bank Arena"da "Sumqayıt" "Qarabağ"ı qəbul edib. FIFA referisi Elçin Məsiyevin idarə etdiyi qarşılaşma qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.

 

Hesabı 39-cu dəqiqədə Ramil Şeydayev açıb. O, qapıçı ilə təkbətəkdən yararlanmağı bacarıb. 45+3-cü dəqiqədə Musa Qurbanlı "Sumqayıt"ın qapısı qarşısına ötürmədən sonra son toxunuşu edərək, fərqi artırıb.

 

Fasilədən sonra "Qarabağ" daha 2 qol vurub. 51-ci dəqiqədə kapitan Maksim Medvedev Məsiyevin təyin etdiyi penaltini dəqiq yerinə yetirib. Oyunda son nöqtəni isə Musa Qurbanlı 76-cı dəqiqədə qoyub. Baş məşqçi Qurban Qurbanovun oğlu özünün ikinci, komandasının dördüncü qolunu vurub.

 

Görüşün sonlarında "Qarabağ" azarkeşləri "Neftçi" və ötən mövsümün son turunda flaqmanla oyunu idarə etmiş və elə bu qarşılaşmanın da baş hakimi olan Elçin Məsiyevin əleyhinə şüarlar səsləndiriblər.

 

Bu qələbə sayəsində "Qarabağ" 10 oyundan sonra xallarını 23-ə çatdıraraq, liderliyini möhkəmlədib. Ağdam komandasının ən yaxın izləyicisi "Qəbələ" ilə xal fərqi 5-ə bərabərdir. 11 xala malik "Sumqayıt" isə 5-ci pillədə yer alıb.

Tarix: 7 Noyabr 2021, 21:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin