Gələcək Azərbaycan Partiyası (GAP) Zəfər Günü ilə bağlı xüsusi bəyanatla çıxış edib.
GAP-ın Mətbuat xidmətindən Pravda.az-a daxil olan bəyanatda deyilir:
“Xalqımız 8 noyabr Zəfər Gününü böyük qürur və fərəhlə qeyd etməkdədir. Bu günün əhəmiyyəti olduqca böyükdür. Belə ki, 200 ildən artıqdır ki, tarixi torpaqlarımız zaman-zaman işğala, insanlarımız isə zülmə məruz qalıb. XVIII əsrin sonundan və XIX əsrin əvvəllərindən etibarən Rusiya imperiyasının Qafqaza doğru irəliləyən işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpaqları hissə-hissə işğal olunmuş, insanlarımız soyqırıma məruz qalmış, öz dədə-baba torpaqlarından didərgin salınmış və əvəzində ermənilərin yerləşdirilməsinə başlanılmışdır. 1805-ci il mayın 14-də general Sisiyanovla İbrahimxəlil xan arasında Kürəkçay, 1813-cü il oktyabrın 12-də çar Rusiyası ilə Qacar İranı arasında Gülüstan və 1828-ci il fevralın 10-da yenə çar Rusiyası ilə Qacar İranı arasında Türkmənçay müqaviləsi imzalandı. Bununla da Azərbaycan Araz çayı boyunca iki yerə bölündü, biz də millət olaraq iki yerə bölündük.
1828-ci il martın 20-də çar 1-ci Nikolay İrəvan və Naxçıvan xanlıqları ərazisində “Erməni vilayəti” yaratmaq barədə fərman verdi və bundan sonra İran və Türkiyədən ermənilərin kütləvi surətdə bu ərazilərə köçürülməsi həyata keçirildi.
1918-ci il mayın 28-də İrəvan xanlığının 9 min kvadrat kilometrilik ərazisində Ararat Respublikası adlanan erməni dövləti yaradıldı.
Ondan sonra yaradılan və 1990-cı illərədək fəaliyyət göstərən Sovet hakimiyyəti dönəmində də Azərbaycan əraziləri daim kəsilərək ermənilərə verildi, azərbaycanlılar isə soyqırıma və deportasiyalara məruz qaldı. Xüsusən 80-ci illərin sonu və 90-cı illərin əvvəllərində Sovet qoşunlarının birbaşa iştirakı və yardımı ilə ermənilər Azərbaycan ərazilərinin 20 faizini işğal etdi. BMT Ermənistan qoşunlarının işğal etdikləri ərazilərdən dərhal və qeyd-şərtsiz çıxması barədə 4 qətnamə qəbul etsə də bu qətnamələr yerinə yetirilmədi. Nəhayət, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi, xalqımızın həmrəyli ilə torpaqlarımızın işğaldan azad edilməsi üçün əks hücum əməliyyatına başladı. 44 gün davam edən Böyük Vətən müharibəsində düşmənlər ağır məğlubiyyətə uğratdı, BMT-nin indiyədək icra olunmayan bəyanatları, qətnamələri icra olundu, torpaqlarımız işğaldan azad edildi. Bu 44 günlük müharibədə Ali Baş Komandanın rəhbərliyi, xalqımızın həmrəyliyi və şanlı ordumuzun sücayəti ilə Ermənistan Ordusu darmadağın edildi, indiyədək beyinlərə yeridilən yalançı erməni mifi, erməni “qəhrəman”lığı yerlə bir oldu, Ermənistan, onun xarici havadarları, erməni lobbisi rəzil duruma düşdü.
Azərbaycan Silahlı Qüvvələrinin Şuşa şəhərini yalın əllə və yüngül silahlarla düşməndən azad etməsi isə dünya hərb tarixinə düşən fövqəladə döyüş və qəhrəmanlıq nümunəsi oldu.

Müharibə başlayanadək populist bəyanatlar verən Ermənistan rəhbərliyi igid Azərbaycan əsgərinin gücü qarşısında diz çökdü və müharibəni dayandırmaq üçün aman diləməyə, hamıya yalvarmağa başladı.
Nəhayət, 2020-ci il noyabrın 10-u Ermənistan ağır hərbi məğlubiyyətini qəbul edərək üzərinə öhdəliklər götürdü və Ermənistanın Baş naziri kapitulyasiya imzalamaq məcburiyyətində qaldı.
44 günlük müharibənin əsas qəhrəmanı heç şübhəsiz ki, şəhidlərimiz, qazilərimiz, əsgər, zabitlərimiz, bütövlükdə xalqımız, dövlətimiz və onun müzəffər Ali Baş Komandanıdır!

Bu böyük bayramdır və bütün xalqımızın bayramıdır!
Düşmən üzərində qazanılan qələbə həm də son 200 ildə tarixi torpaqlarımızın daim işğal olunmasının qarşısının alınması və dədə-baba torpaqlarımızın geri qaytarılması istiqamətində atılan tarixi zəfər addımı kimi qəbul olunmalıdır.
Gələcək Azərbaycan Partiyası olaraq yuxarıda göstərilənləri nəzərə alaraq, şəhidlərimizin ruhunu hörmətlə anır, qazilərimizə can sağlığı arzulayır, 8 noyabr Zəfər günü münasibətilə bütövlükdə xalqımızı, 44 günlük Böyük Vətən müharibəsində prosesi çox uğurla aparan Ali Baş Komandan İlham Əliyevi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanı və onların timsalında bütün əsgər və zabitlərimizi, dövlət xadimlərimizi, siyasi müdriklik göstərən siyasi partiya rəhbərlərimzi, media təmsilçilərimizi, vətəndaş cəmiyyətinin fəallarını, ölkədən kənarda olan, sevinən, hər cür dəstək verməyə çalışan soydaşlarımızı, sosial şəbəkələr üzərindən xüsusən xarici auditoriyaya yönəlik informasiya mücadiləsi verən müasir gəncliyimizi, dünya azərbaycanlılarını və Azərbaycanın düşmən üzərində qələbəsinə sevinən hər kəsi ürəkdən təbrik edirik!”.
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
Ən son xəbərləri səhifəmizdən də izləyin