BURADA REKLAMINIZ OLA
BİLƏR

Əli Kərimli: “Xalqımızın cəsurluğunu, milli mənafelər naminə bir yumruq kimi birləşə bilməsini bütün dünya gördü”

“Şuşanın azad edilməsinin ildönümü - Zəfər günü münasibətilə hər birinizi təbrik edirəm. Şuşanı dişi-dırnağı ilə azad edərək, bu bayramı təqvimimizə yazmış igid əsgər və zabitlərimizə minnətdarıq. Ötənilki savaş günlərində Azərbaycan hərbçilərinin qətiyyətlə, mərdliklə vuruşması, işğal altındakı torpaqlarımızın əhəmiyyətli hissəsini azad etməsi yaralanmış milli qürurumuzu bərpa edib, yenidən dikəltdi. Xalqımızın cəsurluğunu, milli mənafelər naminə bir yumruq kimi birləşə bilməsini bütün dünya gördü. Xalq olaraq özümüz də nələrə qadir olduğumuzu gördük”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bildirib.

 

“Şübhə etmirəm ki, bir gün bayrağımız hələ də işğal altında qalan torpaqlarımızda da dalğalanacaq. Canı bahasına millətimizə hərbi zəfər bəxş etmiş əziz şəhidlərimizə bu bayram günündə Allahdan rəhmət diləyirik. Şəhid valideynlərinə, qazilərimizə, veteranlarımıza bir daha minnətdarlığımızı bildiririk. Millətimizə hərbi zəfəri məhz onlar bəxş etdi” – Ə.Kərimli qeyd edib.

Tarix: 7 Noyabr 2021, 23:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin