BURADA REKLAMINIZ OLA
BİLƏR

Qazaxıstan səfirliyi Zəfər Günü münasibətilə Azərbaycanı təbrik etdi

Qazaxıstan səfirliyi Vətən müharibəsində qələbənin birinci ildönümü - Zəfər Günü, həmçinin qarşıdan gələn Dövlət Bayrağı Günü və Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

 

Pravda.az xəbər verir ki, səfirliyin məlumatında deyilir: “Qazaxıstan səfirliyinin kollektivi bütün qardaş Azərbaycan xalqını tarixi hadisə - Zəfər Gününün sevinclə qeyd edilməsi və qarşıdan gələn bayramlar - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və Konstitusiya Günü münasibətilə ürəkdən təbrik edir.

 

Hamıya səmimi qəlbdən sülh, xoş günlər, əmin-amanlıq, bütün işlərdə böyük nailiyyət və uğurlar arzu edirik!”

Tarix: 8 Noyabr 2021, 09:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin