BURADA REKLAMINIZ OLA
BİLƏR

“WhatsApp”da yeni funksiya işə salınır

Bir neçə aylıq sınaqdan sonra “WhatsApp”ın müxtəlif cihazlarda istifadəsi smartfona bağlanmadan əlçatan edilib.


Pravda.az xəbər verir ki, smartfon internetə qoşulmasa belə, “WhatsApp”dan kompüter və ya planşetdə istifadə etmək mümkün olacaq. Artıq hesabınıza eyni anda 4 cihazdan da qoşula bilərsiniz.


Bundan əlavə,  “Apple” smartfonlarının sahibləri “iPhone”dan başqa cihazlarda yazışmaları və ya fərdi mesajları silə bilməyəcəklər. Digər smartfonların istifadəçiləri isə “WhatsApp”ı ən azı 14 gündə bir dəfə əsas cihazda məcburi işə salmalıdır.

Tarix: 8 Noyabr 2021, 19:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin