BURADA REKLAMINIZ OLA
BİLƏR

Ukranya XİN Gürcüstana nota verdi

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Ukrayna vətəndaşı olan Mixeil Saakaşvilinin 18 saylı Qldani penitensiar tibb müəssisəsinə köçürülməsinə və Ukrayna tərəfinə bu barədə məlumat verilməməsinə görə təəssüf duyur.

 

Pravda.az xəbər verir ki, bu, Ukrayna XİN-in yaydığı bəyanatda qeyd olunub.

 

Bəyanatda Gürcüstan tərəfinə M.Saakaşvilini dərhal mülki tibbi müəssisəyə köçürməyə çağırış edilib.

 

Bildirilib ki, bu məsələ ilə əlaqədar bu gün Gürcüstan XİN-ə Ukrayna XİN tərəfindən rəsmi nota göndərilib.

 

Bəyanatda vurğulanıb ki, Ukrayna vətəndaşı olan M.Saakaşvilinin penitensiar tibbi müəssisədə bundan sonra da saxlanılması əlavə risklər və gərginlik yaradır.

 

XİN və Ukraynanın Gürcüstandakı səfirliyi Ukrayna vətəndaşı Mixeil Saakaşvilinin ətrafında baş verən vəziyyəti xüsusi nəzarət altında saxlamağa davam edir.

Tarix: 9 Noyabr 2021, 01:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin