BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyədə zəlzələ olub, xəsarət alanlar və dağıntılar var

Türkiyənin Konya vilayətinin Meram rayonunda baş verən 5,1 bal gücündə zəlzələ zamanı xəsarət alanların sayı artıb.

 

Məlumata görə, təbii hadisə zamanı xəsarət alanların sayı iki nəfərə çatıb. Yerli mətbu orqanlar eyni zamanda zəlzələ zamanı qorxuya düşən iki şagirdin də Beyşəhir Dövlət Xəstəxanasına müraciət etdiyini xəbər verib.

 

Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyinin (AFAD) məlumatına görə, zəlzələ ocağı 10,61 kilometr dərinliyində yerləşib. İlk zəlzələ yerli vaxtla saat 20:43-də baş verib.

 

Yeraltı təkanlar ətraf ərazilərdə də hiss edilib. Zəlzələ sakinlər arasında təşvişə səbəb olub. Təbii hadisə zamanı bəzi tikililərə ziyan dəyib. Zərər çəkən iki tikilidə yaşayışın olmadığı bildirilir.

 

Report

Tarix: 9 Noyabr 2021, 01:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin