BURADA REKLAMINIZ OLA
BİLƏR

Van Damm Qəbələdə ucaldılan heykəlinə görə təşəkkür etdi

Belçika mənşəli amerikalı aktyor, döyüş sənəti ustası Jan Klod Van Damm Azərbaycanda heykəlinin ucaldılmasına görə minnətdarlığını bildirib.

 

Pravda.az-ın məlumatına görə, bununla bağlı aktyor "Facebook" səhifəsində paylaşım edib.

 

“Heykəltaraş Azad Əliyev tərəfindən Azərbaycanın Vəndam adlı kəndində həqiqi ölçülərə uyğun gələn JCVD (Jan Klod Van Damm) heykəli ucaldılıb. Təşəkkür edirəm", - deyə aktyor qeyd edib.

 

Jan Klod Van Dam təşəkkürü #Azerbaijan həştəqi ilə paylaşıb.

 

Xatırlatma: Qəbələ rayonunun Vəndam kəndində məşhur aktyor Jan Klod Van Damma abidə qoyulub. Abidənin müəllifi məşhur heykəltəraş Azad Əliyevdir.

Fotoları təqdim edirik
Tarix: 20 Noyabr 2019, 20:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin