BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabah hava necə olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında fevralın 12-də havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, səhər  bəzi yerlərdə zəif duman olacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Pravda.az-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi arabir güclənəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz  5-8 dərəcə isti, Bakıda  gecə 0 dərəcəyə yaxın,  gündüz  6-8 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında fevralın 12-də hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə  5-10 dərəcə şaxta, gündüz  5-9 dərəcə isti,  dağlarda gecə 12-17, gündüz  0-5 dərəcə şaxta  olacaq. 

 

Tibbi-meteoroloji proqnoza görə, fevralın 12-də Abşeron yarımadasında arabir güclənən gilavar  küləyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Tarix: 11 Fevral 2020, 13:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin