BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ermənistanda revanşist qüvvələr cinayətkar fəaliyyətlərini davam etdirirlər” - AÇIQLAMA

Ötən gün İrəvanda keçirilmiş mitinq regionda sülhün bərpasına xidmət etmir. Eyni zamanda, bu, Ermənistan daxilində baş verən ciddi qarşıdurmaların təzahürüdür. Müharibədən bir il keçməsinə baxmayaraq Ermənistanda revanşist qüvvələr, keçmiş siyasi rəhbərlik Robert Köçəryan və onun komandası cinayətkar fəaliyyətlərini davam etdirirlər. Bu cür qüvvələr xəstə erməni ideologiyasını davam etdirmək niyyətindədirlər. Onların əsas məqsədi mövcud Paşinyan hakimiyyətini silah yolu ilə qeyri-qanuni şəkildə devirmək və yenidən silahlanaraq Azərbaycana qarşı müharibəyə başlamaqdır.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev ötən gün İrəvanda Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın rəhbərlik etdiyi müxalif “Hayastan” blokunun keçirdiyi mitinqin məqsədi barədə danışarkən deyib.

 

Milli Məclisin deputatı Nəsib Məhəməliyev

 

Parlament üzvü bildirib ki, Robert Köçəryan və onun xislətində olan silahdaşları, yəni “Qarabağ klanı” işğalçılıq niyyətlərindən əl çəkmirlər: "Əlbəttə ki, bu, yaxın gələcəkdə keçirilməsi planlaşdırılan Rusiya, Azərbaycan və Ermənistan siyasi liderlərinin iştirakı ilə baş tutacaq üçtərəfli görüşə əngəl törətmək məqsədi daşıyır. Hesab edirəm ki, bu xoşagəlməz hadisələr bir sıra xarici qüvvələrin dəstəyi ilə baş tutur. Bu kimi halların qarşısını almaq üçün Ermənistanın baş naziri Nikol Paşinyan siyasi iradəsini ortaya qoymalı, hakimiyyəti qeyri-konstitutsion yolla ələ keçirmək istəyən həmin qüvvələri həbs etdirərək cəmiyyətdən təcrid etməlidir. Habelə, müəyyən dövr ərzində Ermənistan cəmiyyətində siyasi fəaliyyətə fasilə vermək lazımdır. Əks halda, Ermənistan cəmiyyəti xaos və anarxiyaya sürüklənir və bu halda, dövlətin müsbət gələcəyindən söhbət belə gedə bilməz. Xaricdən dəstək alan Robert Köçəryan və onun dəstəsinin üçtərəfli görüşün baş tutmasına əngəl yaratması Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının qarşısını almaqdır. Bu, ilk növbədə Ermənistana fayda vermez və regionda yeni müharibə ehtimallarını artırar".

 

Nəzrin Cavid

Tarix: 9 Noyabr 2021, 11:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin