BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiya XİN-dən üçtərəfli bəyanatla bağlı açıqlama

Rusiya Xarici İşlər Nazirliyi Qarabağla bağlı 9 noyabr 2020-ci il üçtərəfli bəyanatın imzalanmasının birinci ildönümü ilə bağlı bəyanat yayıb.

 

Pravda.az-ın xəbərinə görə, Rusiya XİN-in saytında yerləşdirilən bəyanatda deyilir: “Qarabağda münaqişə bölgəsində hərbi əməliyyatlara son qoyan Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatı imzalamasından bir il ötür. Bu addım qan tökülməsinə son qoymağa və bölgədə dinc həyatın bərqərar olması prosesinə start verməyə imkan verdi.

 

Bu gün deyə bilərik ki, 9 noyabr 2020-ci il tarixli Bəyanatda qeyd olunan razılaşmalar ümumilikdə icra olunur. Eyni zamanda, Bakı və İrəvanın onun bütün müddəalarının gələcəkdə də həyata keçirilməsinə və ciddi şəkildə riayət edilməsinə sadiq qalması vacibdir”.

Tarix: 9 Noyabr 2021, 13:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin