BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənilər təxribatlarını davam etdirir – “Hər kəs Prezident İlham Əliyevin səbri ilə oynamağın bədəlinin nə olacağını bilir”

“10 noyabr bəyanatının birinci il dönümünü təhlil etsək, faktiki olaraq bütün proseslərin Azərbaycanın iradəsi və istəyinə uyğun reallaşmaqda olduğunu görərik. Bəli, müəyyən xoşagəlməz məqamlarla rastlaşırıq, lakin yaşananlar proseslərin ümumi mahiyyətini dəyişəcək məsələlər deyil.  Erməni tərəfinin müəyyən təxribatlarının, məsələn elə bu günlərdə Şuşa ətrafında baş verənlərin şahidiyik. Ermənistanın ayrı-ayrı-rəsmilərinin Xankəndinə səfərləri də, əlbəttə ki, yolverilməzdir. Lakin Rusiya sülhməramlılarına müvəqqəti etibar edilmiş ərazilərdə beynəlxalq hüquq qaydalarını pozmaq, hər kəsdən öncə Rusiyanın özünün bölgədə nüfuzdan salınmasına yönələn cəhdlərdir. Çünki Qarabağ iqtisadi rayonunun bir hissəsinə müvəqqəti nəzarəti 10 noyabr bəyanatına əsasən, Rusiyanın sülhməramlı kontingenti həyata keçirir”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

 

 

B.Məhərrəmovun sözlərinə görə, Ermənistanda günlərdir, davam edən etiraz aksiyalarının əsas hədəfi Rusiya dövlətidir: “Dünən gecə hətta “Əlvida Rusiya”, “Cənubi Qafqazdan rədd ol kimi” şüarlarla Rusiyanın İrəvandakı səfirliyinin binası önündə çoxsaylı insanın iştirak etdiyi kütləvi aksiyalar baş tutdu. Yəni, proseslərin bu qədər üst-üstə düşməsi təsadüfi deyil. Digər tərəfdən, təbii ki, Ermənistan, xüsusən də revanşistlər Azərbaycanı hədəfə almaq niyyətlərindən daşınmayıblar. Lakin reallıq Ermənistana da, onun qorxaq və məğlub ordusuna da hərəkət etməyə imkan vermir. Aydındır ki, ermənilər açıq qarşıdurma, yaxud qəfil hücumla maksimum Azərbaycanın bir qrup hərbçisinə zərər verə bilər. Hər kəs Prezident İlham Əliyevin səbri ilə oynamağın bədəlinin nə olacağını bilir”.

 

“Ona görə də ermənilərin bu gün əsas hədəfi qarşıdurma yox, Azərbaycanı xırda təxribatlara çəkərək rəsmi Bakını yaxın dövr üzrə Zəngəzur dəhlizi, sərhədlərin delimitasiya və demarkasiyası, yekun sülh razılaşması məqsədlərindən, perspektivdə isə Göyçə, Zəngəzur, Dərələyəz, İrəvan kimi hədəflərindən yayındırmaqdır. Təbii ki, 3-5 terrorçu VI nəsil müharibə aparıb şər blokuna qalib gələn Azərbaycan üçün qorxulu deyil. Rəsmi Bakının istənilən məqamda Laçın dəhlizini bağlamağa,  antiterror əməliyyatları ilə bu kimi problemləri kökündən həll etməyə gücü də, qətiyyəti də var. Hər kəs, eləcə də ermənilər də bilir ki, cənab İlham Əliyevin bir əmri bunun üçün kafidir və 44 günlük müharibədə olduğu kimi, heç bir kənar dairə onları xilas edə bilməz. Lakin indiki məqamda nə siyasi manipulyatorların məntiqsiz bəyanatları, nə də erməni tərəfin təxribatları bizi əsas hədəfimizdən yayındırmalıdır. Hər kəs vəziyyətin Azərbaycanın tam nəzarətində olduğunu başa düşüb, qələbənin memarı olan cənab İlham Əliyevin siyasi gedişlərinə tam güvənməlidir”, - deyə B.Məhərrəmov qeyd edib.

 

Nəzrin Cavid

Tarix: 10 Noyabr 2021, 17:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin