BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda valideyn məktəb nəzarətçisini döydü

Bakıda məktəb nəzarətçisi valideyn tərəfindən döyülüb.

 

Pravda.az-ın xəbərinə görə, hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən 251 saylı tam orta məktəbində qeydə alınıb.

 

Belə ki, həmin məktəbdə oxuyan şagirdlərdən birinin valideyni F.K. (qadın) dərs zamanı otağa daxil olmaq istəyib. Bu zaman məktəbin nəzarətçisi, 1984-cü il təvəllüdlü X.Həsənova onu içəri buraxmayıb. Nəzarətçi ilə mübahisə edən valideyn ona hücum edərək saçından tutub.

 

Yaxınlıqda olan digər şəxslər onları ayırıb.

 

Daha sonra X.Həsənova bu barədə hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.Report

Tarix: 11 Fevral 2020, 16:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin