BURADA REKLAMINIZ OLA
BİLƏR

Qaxda nəzarətsiz qalan azyaşlı 120 həb içdi

Qaxda üç yaşlı uşaq 120 həb içib.

 

Pravda.az-ın xəbərinə görə, hadisə bu gün baş verib. Qax şəhəri Ü. Hacıbəyev küçəsi ev 11 ünvanında yaşayan 3 yaşlı Nur Rəhman qızı Rəcəbli zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

 

Müayinə zamanı məlum olub ki, evdə nəzarətsiz qalan azyaşlı 120 ədəd vitamin C həbi qəbul edib.

 

Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirllən N. Rəcəbliyə lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib. Faktla bağlı araşdırma aparılır.APA

Tarix: 11 Fevral 2020, 16:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin