BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda sotu 230 manata torpaq satılır

Bakıda ötən ay torpaq bazarında ən bahalı və ən ucuz torpaq sahələrinin yerləşdiyi ərazi və qiyməti məlum olub.

 

Pravda.az xəbər verir ki, "MBA Group" konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov deyib ki, ötən ay ən bahalı torpaq sahəsi Nəsimi rayonunda qeydə alınıb. Belə ki, həmin ərazidə bir sot torpağın qiyməti 430 min manat olub.

 

Ən ucuz torpaq sahəsi isə, ekspertin sözlərinə görə, Qaradağ rayonunda olub. Həmin ərazidə isə bir sot torpağın qiyməti 230 manat olub.

 

N.İbrahimov əlavə edib ki, ən bahalı torpaq sahəsi satışda olsa da, ötən ay ərazidə həmin torpaq sahəsini alan olmayıb.Trend

Tarix: 11 Fevral 2020, 16:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin