BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanlı Ukraynada nazir müavini təyin edildi

Azərbaycanlı Ukraynada energetika nazirinin müavini təyin olunub.

 

Pravda.az-ın məlumatına görə, bu posta Fərid Kamil oğlu Səfərov gətirilib.

 

O, bu təyinatadək Ukrayna İnfrastruktur Nazirliyində Departament direktoru işləyib.

 

Qeyd edək ki, F.Səfərov əslən Azərbaycanın Gəncə şəhərindəndir.

 

O, 1991-ci il sentyabrın 20-də Kiyevdə anadan olub. 2014-cü ildə Taras Şevçenko adına Kiyev Milli Universitetində “Beynəlxalq hüquq” ixtisası üzrə magistratura təhsili alıb. 2015-ci ildə Vadim Hetman adına Kiyev Milli İqtisad Universitetində “Beynəlxalq biznes” ixtisasına yiyələnib.

 

Report

Tarix: 11 Noyabr 2021, 14:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin