BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qarabağda sülhməramlı kontingentin "Rusiya Şöhrət Xiyabanı" yaratması qanunlara ziddir, yeni hoqqadır”

"Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentin "Rusiya Şöhrət Xiyabanı" salmaq fikri ölkəmizin qanunlarına ziddir. Bu, Azərbaycan torpaqlarının işğalına hazırlaşan imperialist dövlətin davranışlarına oxşayır".

 

Bunu Pravda.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

 

Politoloq bildirib ki, bu, həm beynəlxalq hüquq normalarına, həm də BMT-nin nizamnaməsinə də uyğun gəlmir: "İşğal mahiyyətli hərəkətlər olduğu açıq-aşkardır. Belə hərəkətlər heç vaxt beynəlxalq qanunlara, hüquq nromalarına uya bilməz. Görünür, Rusiyanın yeni hoqqasıdır. Ona görə də Azərbaycan müəyyən addımlar atmaq məcburiyyətində qalacaq. Bunlar axıra qədər gedə bilməz. Lazım gəlsə, bu məsələdə Azərbaycana Türkiyə və Pakistan da kömək edə bilər".

 

Qeyd: Qarabağdakı Rusiya sülhməramlılarının hərbi düşərgəsinin ərazisində Rusiyanın tarixi və mədəniyyətinin 10 görkəmli nümayəndəsinin büstünün qoyulduğu "Rusiya Şöhrət Xiyabanı"nı yaradılıb.

 

Nəzrin Cavid

Tarix: 11 Noyabr 2021, 14:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin