BURADA REKLAMINIZ OLA
BİLƏR

Uçqun təhlükəsi olan məktəblə bağlı açıqlama - VİDEO

Sosial şəbəkələrdə Şəmkirin Varlı Həyat kəndində yerləşən Kəlbəcər rayon 96 nömrəli məktəbin tədris üçün tamamilə şəraitsiz olması ilə bağlı video yayılıb.

 

Görüntülərdən aydın olur ki, məktəb bərbad vəziyyətdədir və uçqun təhlükəsi altındadır.

 

Pravda.az-ın xəbərinə görə, məsələ ilə bağlı Təhsil Nazirliyindən bildirilib ki, Şəmkirin Varlı Həyat kəndində yerləşən Kəlbəcər rayon 96 nömrəli məktəbin şagird və müəllim heyətinin yaxınlıqdakı məktəbə köçürülməsi nəzərdə tutulur:

 

"Bunun üçün müvafiq nəqliyyat təşkil olunacaq. Sözügedən məktəbin yerində modul tipli məktəb quraşdırılacaq".Report

 

Tarix: 11 Fevral 2020, 17:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin