BURADA REKLAMINIZ OLA
BİLƏR

Gəncədə fəhlənin qolunu daş mişarı kəsdi

Gəncədə bədbəxt hadisə baş verib.

 

Pravda.az-ın məlumatına görə, hadisə şəhərin Cavad Xan qəsəbəsində yerləşən daş karxanasında qeydə alınıb.

 

Karxanada usta işləyən 1975-ci il təvəllüdlü Bayramov Elsəvər Şubayın oğlunun qolunu ehtiyatsızlıqdan daşdoğrayan mişar kəsib.

 

46 yaşlı kişi xəstəxanaya yerləşdirilib. Həkimlər onun sağ qolunu amputasiya ediblər. Pasientin vəziyyətinin kafi olduğu bildirilir. Hadisəni səbəbləri araşdırılır.

 

APA

Tarix: 12 Noyabr 2021, 07:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin