BURADA REKLAMINIZ OLA
BİLƏR

Türk PUA-larının sirlərini Rusiyaya satdı

Türkiyənin Ukraynaya satdığı pilotsuz uçuş aparatları (PUA) ilə bağlı casusluq edən şəxs tutulub.

 

Pravda.az xəbər verir ki, PUA-nın Ukrayna bazasındakı komandirinin texnologiya məlumatlarını ruslara satdığı iddia edilir.

 

Ukrayna Milli Kəşfiyyat Xidməti “Bayraktar TB-2”nin yerləşdiyi Ukrayna Hərbi Dəniz Qüvvələrinin 10-cu Dəniz Aviasiya Briqadasının komandiri polkovnik İlya Oleynikin ruslar üçün kəşfiyyat məlumatları topladığını üzə çıxarıb.

 

Ukrayna əks-kəşfiyyat idarəsi Oleyniki saxlayıb.

 

Ruslar üçün casusluq edən Oleynikin rus əsgərləri və Krımdakı şəxslərlə əlaqə saxladığı açıqlanıb.

 

Ukrayna qanunlarına görə, polkovnikin casusluq cinayəti sübuta yetirilərsə, güllələnmə ilə edam olunacaq.

Tarix: 12 Noyabr 2021, 08:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin