BURADA REKLAMINIZ OLA
BİLƏR

İsa Qəmbər Eldar Həsənovun həbsindən danışdı: “Özü yıxılan ağlamaz”

 

Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun həbsinə münasibət bildirib.

 

Pravda.az-ın xəbərinə görə, İ.Qəmbər deyib ki, özü yıxılan ağlamaz.

 

“İnsanların həbs olunmasını, əziyyət çəkməsini istəmirəm. Eldar Həsənov korrupsiyada ittiham olunur. Məhkəmə materiallarından da aydın olur ki, o, faktları təkzib etmir, sadəcə, məhkəmə iclaslarının qapalı keçməsini istəyir ki, məlumat versin. Yəqin ki, deyiləsi sözü var... Hakimiyyət öz adamlarını tutursa, deməli, ciddi məsələlər var...” – o qeyd edib.

 

Kənan

Tarix: 12 Noyabr 2021, 09:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin