BURADA REKLAMINIZ OLA
BİLƏR

Araz Əlizadə: “Qarabağda “Rusiya Şöhrət Xiyabanı”nın yaradılması sülhməramlı missiyasına ziddir”

“Qarabağda yalnız bir halda ruslara məxsus xiyaban yaradılması mümkündür: Rusiya sülhməramlıları həmin ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən vəfat etsələr, yaradılmış xüsusi xiyabanda dəfn edilə bilərlər”.

 

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə Qarabağda Rusiya sülhməramlıları tərəfindən salınan "Rusiya Şöhrət Xiyabanı" barədə danışıb deyib.

 

O bildirib ki, əslində isə, belə olan halda, adətən, hərbçilər öz vətənlərinə aparılaraq orada dəfn edilirlər: "Ümumiyyətlə, belə addımın atılması sülhməramlı missiyasına ziddir. Ərazisində yerləşdirilən dövlət ilə razılaşma aparmaq şərtdir".

 

Nəzrin Cavid

Tarix: 12 Noyabr 2021, 12:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin